Moskvada universitet tələbəsi terrorçuluqda ittiham olunur
Rusiya İstintaq Komitəsi Moskva universitetinin tələbəsi Riad Safarovu terror təşkilatında iştirak və terror aktına hazırlıqda ittiham edib.
Far.Az istintaq materiallarına istinadən xəbər verir ki, 18 yaşlı Rusiya vətəndaşı Safarovun yaşadığı evdə aparılan axtarış zamanı bıçaqlar, pompalı tüfəng, iki əl qumbarası və silahlarla bağlı kitablar aşkarlanıb.
Safarov ittihamları rədd edir. Onun vəkilləri bildirir ki, tələbə yoldaşları ona qarşı yanlış ifadə verib. Müdafiə tərəfi, həmçinin tapılan qumbaraların airsoft oyunları üçün nəzərdə tutulduğunu və döyüş sursatına çevrilə bilməyəcəyini iddia edir. Onların sözlərinə görə, Safarov hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı bölməsinə qoşulmağı planlaşdırdığı üçün silahlarla maraqlanıb.
Hazırda o, məhkəmə qərarı ilə həbsdədir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













