Özbəkistan Prezidenti Qazaxıstan və Azərbaycanla "yaşıl enerji" haqqında sazişi təsdiqləyib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiqlənməsi barədə qərar imzalayıb.
"Report" Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Saziş çərçivəsində istehsal olunan "yaşıl enerji"nin Xəzər dənizi vasitəsilə ötürülməsi təşkil ediləcək, layihə isə Qara dənizi birləşdirən enerji kabeli ilə əlaqələndiriləcək. Energetika Nazirliyi beynəlxalq sazişin həyata keçirilməsinə görə məsul olan səlahiyyətli orqan təyin edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, saziş 2024-cü il noyabrın 13-də Bakı şəhərində imzalanıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













