Konqres "Azadlıq radiosu"nun maliyyələşdirilməsini dayandırıb
"Azad Avropa/Azadlıq Radiosu" Media Korporasiyası ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair sənədin alınmasını təsdiqləyib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə korporasiyanın prezidenti Stiven Kapus müvafiq bəyanat yayıb.
ABŞ prezidenti Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb
Agentlik "Azadlıq radiosu" media korporasiyasına və Amerikanın Səsi radiostansiyasına nəzarət edir.
Agentliyin məktubunda "Azadlıq radiosu"nu maliyyələşdirən ABŞ Konqresinin təsdiq etdiyi qrantın dayandırılmasından bəhs edilib.
Qeyd edək ki, fevral ayında Hökumətin Effektivliyi Ofisinə rəhbərlik edən İlon Mask ABŞ hökumətini "Azadlıq Radiosu" media korporasiyası və Amerikanın Səsi radiostansiyasını maliyyələşdirməyi dayandırmağa çağırıb.
Xatırladaq ki, 1970-ci illərin əvvəllərinə qədər "Azadlıq radiosu" Mərkəzi Kəşfiyyat İdarəsinin büdcəsi hesabına maliyyələşib, çünki Konqresə özəl təşkilatları maliyyələşdirməsi qanunla qadağan edilib.
Daha sonra radiostansiyanın MKİ ilə əlaqəsi üzə çıxandan sonra qadağa götürülüb və maliyyə birbaşa ABŞ Konqresi tərəfindən ayrılmağa başlayıb.
Bir sıra ekspertlər qeyd edirlər ki, "Azadlıq" radiosu "demokratik dəyərlər" bəhanəsi ilə üstüörtülü formada destruktiv fəaliyyətlə məşğuldur.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













