Tramp Maskla milyon dollarlıq qapalı şam yeməyi yeyib
Far.Az xəbər saytı

Tramp Maskla milyon dollarlıq qapalı şam yeməyi yeyib


ABŞ prezidenti Donald Tramp 15 mart tarixində Floridadakı iqamətgahında qapalı şam yeməyi təşkil edib.  Tədbirdə iştirak etmək istəyən qonaqlardan hər biri üçün 1 milyon dollar ödəmək tələb olunub.

BAKU.WS xəbər verir ki, bu barədə "WIRED" jurnalı məlumat yayıb.

"Siz xüsusi qonaq – prezident Donald J. Trampın iştirakı ilə keçirilən şam yeməyinə dəvət olunursunuz. Bir yer üçün 1 milyon dollar", – jurnalın əldə etdiyi dəvətnamədə belə yazılıb.

Bildirilib ki, Mar-a-Laqoda keçirilən tədbirdə ABŞ hökumətinin səmərəlilik departamentinin (DOGE) rəhbəri İlon Mask da iştirak edib.

Qeyd olunur ki, qapalı şam yeməyi Trampın prezidentlik kampaniyasını dəstəkləyən MAGA Inc. komitəsi tərəfindən təşkil olunub. Bununla belə, tədbir zamanı Tramp tərəfindən ianələr toplanmayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Orban ABŞ-da Tramp və Maskla görüşüb
ABŞ-də maliyyə maxinasiyalarına, böhtan kampaniyalarına cəlb edilən media vasitələrinin siyahısı açıqlanır
HONOR süni zəka əsaslı ekosistemə keçid strategiyasını təqdim edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər