Saratov hava limanı PUA hücumu səbəbindən fəaliyyətini dayandırıb
Saratovda pilotsuz təyyarə hücumu səbəbilə hava limanının fəaliyyəti dayandırılıb.
Far.Az TASS-a istinadən xəbər verir ki, Saratovdakı Qaqarin Beynəlxalq Aeroportunun fəaliyyəti bölgəyə pilotsuz təyyarənin hücumu səbəbindən müvəqqəti məhdudlaşdırılıb.
Təyyarələrin uçuşlarının hələlik təxirə salındığı bildirilir.
"Hazırda Qaqarin hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - hava limanının agentliyinin rəsmisi bildirib.
Qeyd edək ki, səhər tezdən hava hücumundan müdafiə qüvvələri Saratov vilayətində bir neçə pilotsuz təyyarəni məhv edib. Qubernator Roman Busargin aydınlıq gətirib ki, yaşayış binalarına ziyan dəyib və təcili yardım xidmətləri hadisə yerindədir.
Daha sonra rayon rəhbəri məlumat verdi ki, PUA qalıqlarının düşməsi nəticəsində Saratov şəhərinin Predmostovaya meydanında yerləşən yaşayış kompleksinə qismən ziyan dəyib. Bir qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatı üçün mübarizə aparırlar. Qalanlarına yerindəcə tibbi yardım göstərilib.
Bina sakinləri təxliyə edilib və hələlik mənzillərinə qayıda bilmirlər.
Far.AzOxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Bir gecədə Rusiya bölgələrində Ukraynanın 45 PUA-sı məhv edilib
Volqoqradda terrorçuların koloniyada bir neçə nəfəri girov götürməsi zamanı PX-nin dörd əməkdaşı həlak olub - YENİLƏNİB-4 - VİDEO
Qaradağ rayonunda zəncirvari qəza olub, ölən və xəsarət alan var - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi













