Kreml: ABŞ nadir torpaq metalları üzrə Rusiya ilə birgə layihələrdə maraqlıdır
ABŞ şirkətləri nadir torpaq metallarının hasilatı üzrə Rusiya ilə birgə layihələrdə iştirak etməkdə maraqlıdırlar, lakin hələlik heç bir konkretlik yoxdur.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Onların bəziləri maraq göstərir. Hələlik burada da konkret bir şey yoxdur, lakin maraq açıq şəkildə özünü göstərir. Bu maraq qarşılıqlıdır, çünki söhbət qarşılıqlı faydalı layihələrdən gedə bilər. Bu isə xarici tərəf müqabilləri ilə münasibətlərdə axtardığımız məqamdır", - Peskov deyib.
Kreml nümayəndəsi Moskva ilə Vaşinqton arasında birgə layihələrə dair heç bir sənədin imzalanmadığını da vurğulayıb. "Xeyr, heç bir sənəd imzalanmayıb. Bilirsiniz ki, sanksiyalar hələ də qüvvədədir, Amerika şirkətləri üçün məhdudiyyətlər qüvvədədir", - Peskov bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













