Malayziyada qaz kəmərində partlayış olub - Böyük yanğın başlayıb
Far.Az xəbər saytı

Malayziyada qaz kəmərində partlayış olub - Böyük yanğın başlayıb


Malayziyada qaz kəmərinin partlaması nəticəsində azı 25 malayziyalı xəsarət alıb.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Subanq Caya şəhərində səhər tezdən baş verib.

Məlumata görə, zərərçəkənlər yanıq xəsarətləri alıb, onlara həmçinin tüstüdən zəhərlənmə diaqnozu qoyulub.

İnternetdə yayımlanan kadrlardan görünür ki, partlayışdan sonra nəhəng alov sütunu səmaya qalxıb. Onun hündürlüyü 500 metrə çatıb. Alov yaxınlıqdakı evləri bürüyüb.

Yerli hakimiyyət orqanları boru kəmərini bağlamaq qərarına gəlib. Bu zaman boruda qalan qaz bitənə qədər yanğını söndürmək mümkün deyil. Hazırda yaxınlıqdakı evlərin sakinləri təxliyə edilir. Hadisə yerində 9 yanğınsöndürmə məntəqəsinin əməkdaşları işləyir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Türkiyədən Naxçıvana qaz irxac ediləcək, Ərdoğan mərasimdə iştirak edəcək
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər