Tramp Maskın dövlət xidmətindən uzaqlaşdırılacağını açıqladı
Far.Az xəbər saytı

Tramp Maskın dövlət xidmətindən uzaqlaşdırılacağını açıqladı


ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskın hökumətin səmərəliliyini artırmaq üçün yaradılmış DOGE Departamentinin rəhbəri kimi vəzifəsini yalnız 130 gün icra edəcəyini və bu müddətin sonunda qurumun fəaliyyətini dayandıracağını açıqlayıb.

Far.Az mk.ru-ya istinadən xəbər verir ki, "Onu mümkün qədər vəzifədə saxlayacağam. O, çox istedadlı biridir" – deyə Tramp bildirib. Prezident Maskın "çox ağıllı olduğunu və işini mükəmməl şəkildə yerinə yetirdiyini" vurğulayıb.

Bununla yanaşı, Tramp qeyd edib ki, iş adamı böyük bir şirkətin idarəçiliyinə qayıtmalı olacaq.

Qeyd edək ki, Mask bundan əvvəl yaradılmış Amerika Siyasi Komitəsinin (America PAC) üzvləri ilə görüşə "pendir papaq" taxaraq gəlmişdi. Tədbir zamanı o, bu papağın üzərinə imza ataraq onu zalda iştirakçılara atıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
ABŞ-də maliyyə maxinasiyalarına, böhtan kampaniyalarına cəlb edilən media vasitələrinin siyahısı açıqlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər