Məşhur şokolad markasının məhsullarında metal hissəcikləri tapıldı - Təcili yığışdırılır
Far.Az xəbər saytı

Məşhur şokolad markasının məhsullarında metal hissəcikləri tapıldı - Təcili yığışdırılır


İspaniyada Kataloniya səhiyyə orqanları "Choceur" markalı şokoladların metal parçaları ola biləcəyi barədə xəbərdarlıq edib.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya Qida Təhlükəsizliyi və Qidalanma Agentliyi (AESAN) məlumat yayıb.

ASESAN bu potensial təhlükə ilə bağlı xəbərdarlıq edərək, məhsulların geri qaytarılmasının vacibliyini vurğulayıb.   

Müayinələr nəticəsində müvafiq məhsulların ağız boşluğunda xəsarət və ya daxili qanaxma kimi ciddi sağlamlıq risklərinə səbəb ola biləcəyi bildirilib.

Qeyd olunub ki, geri çağırma 24.10.2025-ci il bitmə tarixi olan partiyanı əhatə edir. Məhsulu Bavariya, Baden-Vürtemberq, Hessen, Şimali Reyn-Vestfaliya, Reynland-Pfalz, Türingiya və Saarland əyalətlərində əldə etmək olar.

Məhsulun paylanmasına cavabdeh olan ALDI mağazalarında və internet saytında müştərilərini məlumatlandıraraq problemə aydınlıq gətirib və sözügedən məhsulu alan müştərilərdən məhsulları geri qaytarmasını istəyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Almaniyada iki nəfəri öldürən şəxs saxlanılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Qiymətlər yenidən sürətlə artmağa başlayıb - SƏBƏB NƏDİR?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər