Röya Ayxan "Verdim getdi" adlı klipini təqdim etdi
Far.Az xəbər saytı

Röya Ayxan "Verdim getdi" adlı klipini təqdim etdi


Xalq artisti Röya Ayxan bu gün "Verdim getdi" adlı yeni sinqlını sevənlərinin ixtiyarına verib.

BAKU.WS xəbər verir ki, mahnının sözləri Həsən Babayevə,  musiqisi isə Tərlan Məmmədhüseynova məxsusdur.

Bəstənin aranjimanı və miksi üzərində  Tərlan Məmmədhüseynov çalışıb. Xalq artisti bu mahnısına da, Türkiyədə ekran həyatı verib. "Verdim getdi" mahnısına klipi məşhur türk sənətçilərinin klipmeykeri Ramazan Arslankaya çəkib.

Pop ulduz bu klipində 6 fərqli obrazı canlandırıb. Məşhur modellərin xüsusi olaraq Röya Ayxan üçün hazırladığı ekstravaqant üslubda geyimləri klipə xüsusi rəng qatıb. Ekran işi  üzərində böyük rəssam, stilist və xoreoqrafdan ibarərət komanda çalışıb.

Klipdə Röya Ayxanı Türkiyənin məşhur pop sənətçisi Hadisənin rəqqas qrupu müşayət edib. Böyük maliyyə tutumlu klipə  pop ulduz külli miqdarda pul xərcləyib.

Sənətçi məşqlər zamanı dəfələrlə İstanbula səyahət edib, geyimlər xüsusi olaraq hazırlanıb, ümumi proses 2 ay müddətinə yekunlaşıb. Ekran işinin layihə rəhbəri Anar Ağakişiyevdi.

Oxşar xəbərlər

Röya Ayxan: "Gəl mənimlə..."
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Gülay Zeynallı məşhur bəstəkarla klipə çəkildi
Ramazan ənənələri keçmişdən bu günə - Müxtəlif bölgələrdə Ramazan ayı necə qeyd olunur?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər