ƏƏSMN: Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar 3 min 800 əlilliyi olan şəxs var
Hazırda Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan 3 min 800 şəxs var.
Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzadan 39 il ötür. Bu dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycandan da xeyli sayda insan iştirak edib:
"Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1993-cü ildə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Qanun qəbul edilib, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi sahəsində mühüm addımların atılmasına başlanıb. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının da ildən-ilə güclənməsinə imkan verib".
Qeyd olunub ki, Çernobıl qəzası ilə əlaqədar əlilliyi olanlar iki qrupa bölünür:
Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslər (2 mindən çox şəxs);
Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər (1800-dək şəxs).
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən:
Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər mənzil və avtomobillə təmin olunur;
Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat) ödənilir;
Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcə gözdən əlilliyi olanlar 300 manat) ilə təmin edilir;
Hər iki qrupa aid əlilliyi olan şəxslərə əlilliyə görə aylıq pensiya və ya aylıq müavinət (əlillik dərəcələri üzrə müavinət hazırda müvafiq olaraq 270 manat, 220 manat, 150 manatdır) ödənilir;
Bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər Prezidentin aylıq təqaüdü (100 manat) ilə təmin olunur;
Həmçinin hər iki qrupa aid əlilliyi olanların müalicəsi üçün hər il onlar birdəfəlik müavinətlə və Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqları, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan uşaqları aylıq müavinətlə təmin edilir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Çernobıl qəzasından 39 İL ÖTÜR
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
Sosial şəbəkələr və oyunlar: Yeni dövrün səssiz təhlükəsi













