Növbədənkənar parlament seçkilərini 110 mindən çox yerli müşahidəçi izləyəcək
Far.Az xəbər saytı

Növbədənkənar parlament seçkilərini 110 mindən çox yerli müşahidəçi izləyəcək


Fiziki müraciət edən müşahidəçilərin hamısını akkreditasiyadan keçiririk. Onlara hələ rədd cavabı verilməyib.

Far.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, jurnalistlər isə ümumiyyətlə azaddırlar:

“Onlar öz vəsiqələrini təqdim etməklə bütün prosesləri işıqlandıra bilərlər. İndi də ikiqat jurnalistlərdən xahiş edirəm ki, səsvermə günü bizim üçün xüsusilə əziz olan Qarabağ bölgəsindən seçkiləri dünya ictimaiyyətinə çatdırın. Azərbaycanın bütün suveren ərazisində ilk dəfə parlament seçkiləri keçiriləcək. Qarabağda seçki günü gedən proseslərə daha çox diqqət etmək lazımdır. Orada xarici müşahidəçilərin fikirlərinə daha çox diqqət etmək lazımdır”.

MSK sədri qeyd edib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 110 mini ötüb.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər