Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev 1/4 finala yüksəlib - YENİLƏNİB-3
Far.Az xəbər saytı

Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev 1/4 finala yüksəlib - YENİLƏNİB-3


Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

"Far.Az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 1/8 finalda Yaroslav Davıdçuka (Ukrayna) qalib gələn təmsilçimiz növbəti raunda adlayıb.

Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.

"Far.Az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 1/8 finalda Erik Abramovla (Almaniya) üz-üzə gələn təmsilçimiz rəqibinə məğlub olub.

Bu gün mübarizəyə qoşulan idmançımız Madina Kaisinova (+78 kq) da yarışla erkən vidalaşıb.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Azərbaycan cüdoçusu Madina Kaisinova (+78 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında məğlub olub.

"Far.Az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, 1/16 finalda Elis Startseva (Rusiya) ilə qarşılaşan təmsilçimiz uduzaraq mübarizəni dayandırıb.

Bu gün Kənan Nəsibov (+100 kq) da tatamiyə çıxacaq.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Far.Az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/16 finalda Nikola Pavlovski (Şimali Makedoniya) ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən olimpiya çempionu növbəti raunda vəsiqə qazanıb.

Bu gün Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) da tatamiyə çıxacaqlar.

Xatırladaq ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Hidayət Heydərov Avropa çempionatının gümüş medalını qazanıb - YENİLƏNİB-4
Avropa çempionatı: Azərbaycan cüdoçusu Kənan Nəsibov da mübarizəni dayandırıb - YENİLƏNİB-2
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər