Bakı-Daşkənd marşrutu üzrə yeni aviadaşıyıcının daxil olması Azərbaycana artan marağı təsdiq edir
"Özbəkistanın "Centrum Air" aviaşirkətinin Bakı-Daşkənd reysləri iki ölkə arasında nəqliyyat əlaqələrini genişləndirəcək.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov jurnalistlərə açıqlamasında deyib.
T. Həsənov "Centrum Air" aviaşirkətinin Bakı-Daşkənd marşrutu üzrə birbaşa uçuşlara başlamasını müsbət qiymətləndirib:
"Biz Heydər Əliyev Beynəlxalq Aeroportuna "Centrum Air" reyslərinin açılmasını alqışlayırıq. Məşhur marşrut üzrə yeni aviadaşıyıcının olması bazarımıza artan marağı təsdiq edir və Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat əlaqələrini gücləndirir. Marşrut şəbəkəsinin genişləndirilməsi bizim üçün strateji prioritet olaraq qalır və beynəlxalq aviaşirkətlərlə əməkdaşlığın dərinləşdirilməsinə hazırıq", - deyə T. Həsənov bildirib.
Qeyd edək ki, "Centrum Air" bu gündən Bakı–Daşkənd marşrutu üzrə müntəzəm uçuşlara başlayıb. Uçuşlar hər həftənin bazar ertəsi "Airbus A320" təyyarələri ilə həyata keçiriləcək.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













