Papa XIV Leo ilk bazar xütbəsini oxudu
Far.Az xəbər saytı

Papa XIV Leo ilk bazar xütbəsini oxudu


Roma Papası XIV Leo Vatikanın Müqəddəs Pyotr meydanında minlərlə dindar qarşısında ilk bazar xütbəsini oxuyub.

Far.Az Oxu.Az-istinadən xəbər verir ki, "Vatican News" saytına istinadla xəbər verir ki, yeni Papa xütbəsində 60 milyon insanın həlak olduğu II Dünya müharibəsini xatırlayaraq, dünya liderlərini bir daha müharibəyə yol verməməyə çağırıb.

Bundan başqa, Papa XIV Leo Ukraynada ədalətli və möhkəm sülhün əldə edilməsinə nail olmaqdan ötrü zəruri olan bütün addımları atmağa dəvət edib.

Qəzza sektorunda baş verənlərin onu dərindən yaraladığını vurğulayan Papa əhaliyə humanitar yardım göstərməyin və bütün girovların azad edilməsinin vacibliyinə toxunub.

Xatırladaq ki, mayın 8-də konklav dördüncü cəhddən sonra yeni Roma Papasını seçib. Amerikalı kardinal Robert Frensis Prevо bu vəzifəyə seçilərək XIV Leo adını qəbul edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər