Cenk Eren infarkt əleyhinə tədbirlər gördü
Müğənni Cenk Eren, səhnədə infarkt keçirərək vəfat edən həmkarları Metin Arolat və Volkan Konak hadisələrindən sonra tədbir gördüyünü açıqlayıb.
Far.Az xəbər verir ki, Cenk Eren bildirib ki, artıq konsertlərində ilk yardım təhsili almış komanda ilə birlikdə OED (Avtomatik Xarici Defibrilyator) cihazı da saxlayır.
Eren açıqlamasında deyib:
"Ürək cərrahı olan bir dostumla danışdım. Mənə və komandama təlim verdilər. Çünki biz çox stressli bir işlə məşğuluq. Volkan səhnədə yıxıldığında üç həkim müdaxilə edib, amma bu cihaz olmadığı üçün ürəyini yenidən işlədə bilməyiblər. Mən də özümə görə belə bir tədbir gördüm."
Cenk Eren mart ayında səhhəti ilə bağlı problemlər yaşadığını və 12 kilo arıqladığını bildirib. O, ölüm qorxusunu bu sözlərlə ifadə edib:
"Ürək damarlarımdan biri tıxanmışdı və ona stent taxıldı. Bu, məni psixoloji olaraq çox sarsıtdı. Özümü ölürmüş kimi hiss etdim. Ona görə də iki aydır psixiatra gedirəm. O danışdıqca mən də dediklərini tətbiq etməyə başladım. Siqaret və alkoqol yoxdur, gəzintilər edirəm, karbohidratı kəsdim. Bu, mənə çox yaxşı təsir etdi. Artıq ölüm qorxusu yaşamıram, müəyyən bir yaşda olması normaldır. Əsas olan əldən düşmədən, sağlam şəkildə yaşamaqdır."
Oxşar xəbərlər
Həmkarları Volkan Konakı göz yaşları içində andı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Volkan Konaka ilk tibbi yardımı edən həkim: "O gənc böyüdü və səni xilas etməyə çalışdı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













