İstanbulda baş verən zəlzələdən sonra Naci Görür və Ahmet Ercandan maraqlı açıqlama
Mərmərə dənizində baş verən 4 bal gücündə zəlzələ İstanbulda narahatlıq yaradıb. Zəlzələ ilə bağlı açıqlama verən Yer elmləri üzrə mütəxəssis Prof. Dr. Naci Görür və geofizik Prof. Dr. Övgün Ahmet Ercan, əhalini müsbət fikirlər səsləndiriblər.
Far.Az xəbər verir ki, AFAD-ın məlumatına görə, 23:36-da baş verən zəlzələnin episentri Marmara dənizinin Büyükçekmece sahillərində olub. Yeraltı təkanların dərinliyi 8,16 kilometr, quruya olan məsafəsi isə 23 kilometr olaraq ölçülüb. Kandilli Rəsədxanası isə zəlzələnin gücünü 4,2 bal olaraq açıqlayıb.
Prof. Dr. Naci Görür sosial media hesabında paylaşım edərək bildirib:
"Silivri ilə Büyükçekmece arasında 4,2 bal gücündə zəlzələ baş verib. Bu zəlzələ, qırılması ehtimal olunan Kumburgaz fayında qeydə alınıb. 23 apreldən bəri bu fay boyunca kiçik stres sahələrində dəyişikliklər davam edir. Keçmiş olsun."
Prof. Dr. Övgün Ahmet Ercan da hadisəyə münasibət bildirərək deyib:
"Bu, gözlənilən bir afterşokdur. Narahat olmağa dəyməz."
Qeyd edək ki, İstanbul 23 aprel tarixində də 6,2 bal gücündə zəlzələ ilə silkələnmişdi və son hadisə həmin zəlzələnin davamı kimi qiymətləndirilir. Mütəxəssislər bölgədə aktiv fay xətlərində gərginliyin davam etdiyini bildirirlər, lakin hazırkı vəziyyətin panikaya səbəb olmayacağını vurğulayırlar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Gümüşhanedə baş verən zəlzələdən sonra Naci Görür xəbərdarlıq etdi: "Yeri önəmlidir"
Türkiyəli sesymoloq yaşanan 6.2 bal zəlzələdən sonra heç bir zəlzələ olmayacağını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













