Noyabrda Bakıda AQEM ölkələri üçün rəqəmsal transformasiya və innovasiyalar forumu keçiriləcək
Noyabrda Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvü olan dövlətlər üçün rəqəmsal transformasiya və innovasiyalar forumu keçiriləcək.
Bu barədə "Report"a müsahibəsində Birliyin baş katibi Kayrat Sarıbay bildirib.
Onun sözlərinə görə, tədbirin təşkilatçısı Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir.
K.Sarıbay vurğulayıb ki, özünü AQEM-in məsuliyyətli və təşəbbüskar üzvü kimi təsdiqləyən Azərbaycan birliyin inkişafına töhfə verir.
"Ölkə xüsusilə təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı sahəsində fəal şəkildə əlaqələndirici rol oynayır. Onun strateji coğrafi mövqeyini və Şərqlə Qərb, Şimalla Cənub arasında müasir tranzit-logistika qovşağının formalaşdırılması istiqamətindəki səylərini nəzərə alaraq, Azərbaycanın regional qarşılıqlı əlaqələrin və nəqliyyat inteqrasiyasının gücləndirilməsinə töhfəsi qitələrarası əhəmiyyət kəsb edir", - baş katib qeyd edib.
O deyib ki, bu istiqamətdə konkret addımlardan biri kimi Azərbaycan 2025-2027-ci illər üçün təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı sahəsində etimad tədbirlərinin həyata keçirilməsi üzrə yenilənmiş konsepsiya təqdim edib və o, hazırda üzv dövlətlər tərəfindən baxılma mərhələsindədir. Bu sənəd bütün Asiyanın nəqliyyat arxitekturasının gücləndirilməsi üçün istiqamətləri müəyyən edir və daha əvvəl 2022-2023-cü illər üçün oxşar konsepsiya təqdim etmiş Azərbaycanın səylərinin davamıdır.
Baş katibin sözlərinə görə, Bakıda həmçinin AQEM-ə üzv ölkələrin aparıcı limanlarının rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır. Bu, dəniz logistikası, infrastruktur inteqrasiyası və dayanıqlı ticarət marşrutları məsələləri üzrə dialoqu dərinləşdirmək üçün əlavə platformanın yaradılmasına imkan verəcək.
"Beləliklə, Azərbaycanın AQEM-dəki rolu bu gün geniş tematik istiqamət, dərinlik və əməli yönümlülüklə xarakterizə olunur", - K.Sarıbay əlavə edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası və Biznes Forumu keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi təhvil alıb - YENİLƏNİB - 2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
"Nə qədər ki, sağam, mahnılarıma qulaq asın"
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
Azərbaycanda minimum saatlıq əməkhaqqı ilə bağlı YENİ XƏBƏR
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib













