Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclası keçirilib
Far.Az xəbər saytı

Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclası keçirilib


Belçikada Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclası keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov "X" hesabında paylaşıb edib.

İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Olof Skug həmsədrlik ediblər.

Onun sözlərinə görə, iclasda siyasi və təhlükəsizlik sahələrində mövcud əlaqələr və əməkdaşlıq perspektivi haqqında əsaslı və açıq müzakirələr aparılıb:

"Bu dialoq son aylarda Malta, Bakı, Brüssel və Tiranda keçirilmiş bir sıra mühüm yüksək səviyyəli Aİ-Azərbaycan görüşlərinin ardınca aparılıb. İkitərəfli, regional və qlobal hadisələr müntəzəm olaraq fikir mübadiləsini tələb edir. Bu gün həmçinin Aİ-nin digər yüksək vəzifəli rəsmiləri və təşkilata üzv bir sıra dövlətlərin, o cümlədən ev sahibi ölkə olan Belçikanın nümayəndələri ilə mühüm müzakirələr aparılıb".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində yanvar üçün qəbul cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər