WUF13 keçirilən məkanda qida qiymətlərinə nəzarət ediləcək
Far.Az xəbər saytı

WUF13 keçirilən məkanda qida qiymətlərinə nəzarət ediləcək


WUF13 keçirilən məkanda satılan qidaların qiymətlərinə nəzarət ediləcək ki, şəhərdəkindən artıq olmasın.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu fikirləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov tədbir məkanına mediatur zamanı deyib.

O bildirib ki, Bakı Olimpiya Stadionunun hər yerində məlumatlandırma lövhələri quraşdırılıb: "WUF13 məkanı şəhərcik formasında təsis edilib. "Media mərkəzi"ndən istənilən digər məntəqəyə keçid mümkün olacaq".

A. Məmmədov vurğulayıb ki, WUF13 günlərində BMT tərəfindən qoyulan tələblər hamısı yerinə yetirilir.

O əlavə edib ki, xaricdə olan və qeydiyyatdan keçmiş istənilən şəxs hibrid şəkildə WUF13 sessiyasına qoşula biləcək:

"Forum üçün xarici ölkələrdən 165 tərcüməçi dəvət edilib. Həmçinin işarət dili ilə izah da mümkün olacaq. Forum zamanı 14 otaqdan canlı yayım mümkün olacaq. Forumun canlı yayımını Bakı Media Mərkəzi təşkil edəcək. Canlı yayımla bağlı sınaq mərhələsi artıq yekunlaşıb. Media mərkəzində həmçinin müsahibə üçün də otaqlar ayrılıb. Məkan üzrə 4 kilometrə yaxın panellərdən istifadə olunub. Media mərkəzində 140 işçi üçün masa var, onlardan 28-i canlı yayımçılar üçündür". - deyə o əlavə edib.

Adil Məmmədov bildirib ki, tədbirə ümumilikdə 32 mindən çox iştirakçının qatılması gözlənilir:

"WUF13 ərazisinin ümumi sahəsi 53 hektardır. Bunun 10 hektarı nəqliyyat üçün nəzərdə tutulub. Forumda jurnalistlərin ümumi sayı isə 1200-dən çoxdur. WUF13 forumunda iştirak üçün 180 ölkədən nümayəndə qeydiyyatdan keçib.

Ərazidə küçələr yaradılıb. İştirakçılar vaxtlarının böyük hissəsini çöldə keçirəcəklər. Məkan daxilində kafe və restoranlar da fəaliyyət göstərəcək".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər