Elza Seyidcahan: Videonu yutubdan silmişdilər
Far.Az xəbər saytı

Elza Seyidcahan: Videonu yutubdan silmişdilər


Əməkdar artist Elza Seyidcahan "Full şou" verilişində qonaq olub.

Far.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi məhkəmlik olduğu müğənni Roza Zərgərli ilə səhnə arxasında yaşadığı mübahisəyə dair sualı cavablamaqdan imtina edib:

"Başqa suala keçək. Onun adını burada tutma. Tarixdə mən gözəl sənətkarımız İlhamə Quliyeva ilə mübahisəmlə qalmışam. Onun cavabını necə lazımdır vermişəm. O məndə nöqsan da tuta bilməyib. Məni verilişə dəvət etmişdilər ki, İlhamə Quliyeva sizə sözlər deyəcək, gülüb gedərsiz. Mən də getdim.

O sözlərə gülən adamın başı çatmır. Hara gedirdim, deyirdilər ki, sizin cavabınızı həmişə açıb izləyirik. Paxıllıqdan onu yutubdan silmişdilər. Mən də onları yenidən arxivdən çıxartdırdım. Pislik etmək istəyən insanların pisliyi özünə qayıdır. Mən şou-biznesdə deyiləm, o məndədir. Onlar üçün şərəf olar ki, haqlarında danışım. Ona görə də adlarını belə çəkmərəm.

Elə adamları Allaha tapşırıram. Bir də məhkəməyə verirəm. Polisə də müraciət etmişəm. Pulun və ya nəyinsə sayəsində sənətə gələnlərin ixtiyarı yoxdur ki, dövlət sənətçilərini təhqir etsinlər. Hələ ki, məhkəmə davam edir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər