Macarıstanın gömrük generalı: "İyunda Azərbaycanla saziş imzalamağı planlaşdırırıq"
Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının (NTCA) nümayəndə heyətinin 16-19 iyun tarixlərində Azərbaycana səfəri çərçivəsində gömrük sahəsində əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində NTCA-nın gömrük və beynəlxalq məsələlər üzrə komissarının müavini, briqada generalı Kristof Peter Bakai bildirib.
Onun sözlərinə görə, hazırda gömrük sahəsində əməkdaşlıq haqqında saziş hazırlanır: "Bu sənəd qarşılıqlı fəaliyyətimizin institusionallaşdırılması istiqamətində mühüm addım olacaq və ikitərəfli dialoqun dərinləşdirilməsi üçün hüquqi baza rolunu oynayacaq. Saziş məxfilik və ya dövlət sirri sahəsində milli qanunvericiliyin məhdudiyyətlər tətbiq etdiyi məlumatlar istisna olmaqla, bilik və təcrübə mübadiləsini, açıq normativ və qanunvericilik sənədlərinin, habelə elmi-texniki məlumatların verilməsini nəzərdə tutur. O, xüsusilə hüquq-mühafizə və gömrük hüquqpozmalarına qarşı mübarizə məsələlərində sistemli və şəffaf məlumat mübadiləsi üçün əlavə şərait yaratmalıdır".
General bildirib ki, NTCA nümayəndə heyəti, həmçinin iyunun 17-dən 19-dək Bakıda keçiriləcək Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Baş Assambleyasında iştirak edəcək.
"Azərbaycan bu il IOTA-ya sədrlik edir və biz bu tədbirdə iştiraka dialoqu genişləndirmək üçün əla fürsət kimi baxırıq, o cümlədən də gömrük orqanları ilə. Səfərin əsas məqsədləri hazırkı əməkdaşlığın nəticələrinin nəzərdən keçirilməsi, əldə edilmiş nəticələrin qiymətləndirilməsi və gələcək əməkdaşlıq üçün yol xəritəsinin hazırlanmasıdır", - K. Bakai qeyd edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır
-
Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib
-
Türkiyənin 21 bölgəsində əməliyyat! Tanınmış jurnalist də daxil olmaqla 200 NƏFƏR SAXLANILDI













