Hindistan Yaponiyanı ötərək dünyanın 4-cü böyük iqtisadiyyatına çevrildi
Hindistan Yaponiyanı geridə qoyaraq dünyanın 4-cü ən böyük iqtisadiyyatı olub.
Far.Az xəbər verir ki, Hindistan Planlaşdırma Təşkilatı (NITI Aayog) rəhbəri B.V.R. Subrahmanyam bildirib ki, ölkə növbəti 2,5-3 il ərzində Almaniyanı da qabaqlayaraq 3-cü sıraya yüksələcək.
"Artıq Yaponiyadan böyük iqtisadiyyatıq", – deyən Subrahmanyam Hindistanın ÜDM-nin 4 trilyon dollar olduğunu və bu məlumatın Beynəlxalq Valyuta Fonduna (BVF) məxsus olduğunu qeyd edib.
BVF-nin yayımladığı son hesabatda da Hindistanın 2025-ci ildə Yaponiyanı keçəcəyi bildirilib. Rəqəmlərə görə, həmin il Hindistanın nominal ÜDM-si 4,187 trilyon dollar olacaq, Yaponiyanın isə 4,186 trilyonda qalacaq.
Hindistanın iqtisadiyyatının 2028-ci ilə qədər 5,58 trilyon dollara çatacağı və bu göstərici ilə Almaniyanı da keçəcəyi gözlənilir. Almaniyanın isə həmin dövrdə 5,25 trilyon dollarla Hindistandan geri qalacağı proqnozlaşdırılır.
Dünyanın ən böyük iqtisadiyyatları arasında sıralama belədir:
1-ci yer: ABŞ – 30,5 trilyon dollar
2-ci yer: Çin – 19,2 trilyon dollar
3-cü yer: Almaniya (hazırda)
4-cü yer: Hindistan – 4,187 trilyon dollar
5-ci yer: Yaponiya – 4,186 trilyon dollar
BVF Hindistanı gələcək illərdə 6%-dən çox artım göstərə biləcək yeganə böyük iqtisadiyyat kimi qiymətləndirir. Bunun fonunda Avropa və Yaponiyanın zəif iqtisadi artım tempi diqqət çəkir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













