Naxçıvandakı media nüməyəndələri üçün MM-ə seçkilər mövzusunda onlayn seminar keçirilib
2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar silsilə maarifləndirmə tədbirləri çərçivəsində Mərkəzi Seçki Komissiyası və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda fəaliyyət göstərən media nümayəndələri üçün onlayn seminar baş tutub.
Agentlikdən Far.Az-ya verilən xəbərə görə, seminarda çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova Agentlik tərəfindən seçki prosesini işıqlandıran media nümayəndələri ilə interaktiv əlaqə saxlanıldığını, onların suallarının operativ cavablandırıldığını, ölkəyə qarşı yönəlmiş qərəzli və sistemli saxta xəbərlərin aşkarlanaraq ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə effektiv işin qurulduğunu diqqətə çatdırıb.
Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev isə qeyd edib ki, media nümayəndələri sərbəst şəkildə istənilən məntəqədə və ya dairədə seçkiləri müşahidə etmək hüququna malikdirlər. O vurğulayıb ki, media təmsilçilərinin öhdəliyi seçki prosesinin bütün mərhələlərində şəffaflığa nəzarət, seçkinin gedişini və nəticələrini obyektiv işıqlandırmaqdır.
Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir













