Övladları xaricdə Ali təhsil alan AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Sənət aləmində elə məşhurlar ki, övladları əsasən xarici ölkələrdə Ali təhsil almağa üstünlük verir. Onlar arasında tanınmış Xalq artistləri, Əməkdar artistlər, aktyorlar və tanınmış aparıcıların övladları var. Onlar müxtəlif sahələrdə Ali təhsil alırlar, bəziləri isə artıq təhsillərini başa vurublar.
BAKU.WS övladı xaricdə təhsil alan azərbaycanlı məşhurların siyahısını təqdim edir:
Müğənni Nigar Camal
Sənətçinin böyük qızı Jasmin dünyanın ən prestijli universitetlərindən biri olan "City University of London"da təhsil alır. O ötən ildən etibarən burada oxumağa başlayıb. Nigar müsahibələrindən birində qızının İqtisadiyyat üzrə Ali təhsil aldığını vurğulayıb.
Aparıcı Aytən Səfərova
Aytən Səfərovanın qızı Ayza Türkiyənin Ali təhsil ocaqlarından birində oxuyur. O iki il əvvəl universitetə qəbul olub.
Aparıcı Lalə Azərtaş
Lalə Azərtaşın qızı Gülarə isə İngiltərədə təhsil alır. O artıq bu il üçüncü kursdur. Aparıcı tez-tez qızını görməyə İngiltərəyə gedir.
Müğənni Roza Zərgərli
Roza Zərgərlinin qızı Bənövşə Allahverdiyeva Türkiyədə oxuyur. O qonşu ölkədə ikinci təhsil kimi magistratura pilləsində oxuyur.
Aktyor Elməddin Cəfərov
Elməddin Cəfərovun böyük oğlu Nihat da xarici ölkədə təhsil alan gənclərdəndir. O Macarıstanın paytaxtı Budapeştdə Ali təhsil alıb.
Xalq artisti Tünzalə Ağayeva
Tünzalə Ağayevanın qızı Fidan Ağayeva 2021-ci ildə Türkiyədə Bahçeşehir universitetini bitirib. Daha sonra Fidan magistratura pilləsində Ali təhsil alıb.
Əməkdar artist Ceyhun İsmayılov
Əməkdar artist Ceyhun İsmayılovun oğlu illər əvvəl Kanadada Ali təhsil alıb. O bu barədə öz sosial şəbəkə hesabında bildirmişdi. Oğlu ilə fotosunu paylaşan maestro oğlunun ona bənzərliyi ilə də müzakirələrə səbəb olmuşdu.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Sənubər İsgəndərli: Sənətdən başı çıxmadan rəy vermək divanda oturub Messiyə irad tutmağa bənzəyir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım













