Məhkəmədə vaxtilə işğaldakı ərazilərdə Ermənistan istehsalı olan minaların basdırıldığı etiraf edilib
Far.Az xəbər saytı

Məhkəmədə vaxtilə işğaldakı ərazilərdə Ermənistan istehsalı olan minaların basdırıldığı etiraf edilib


Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırılması barədə suallarını cavablandırıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, o, işğal olunmuş ərazilərdə piyada və tank əleyhinə minalar basdırdığını bildirib.

L.Mnatsakanyanın sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb. "Son dövrlərdə Ermənistan Respublikasında da minalar istehsal olunurdu və bizə verilirdi", - deyə o əlavə edib.

Xatırladaq ki, L.Mnatsakanyan əvvəlki məhkəmə proseslərində qondarma rejimin "ordusu"nun Ermənistan silahlı qüvvələrinin bir hissəsi hesab olunduğunu deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əmüharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi sabah davam etdiriləcək.

Oxşar xəbərlər

Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi - MƏHKƏMƏ
Arayik Harutyunyan: Qondarma rejimdə "bank sistemi" Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu
Azərbaycanın vaxtilə işğalda olan ərazilərində "parad" üçün silahların Ermənistandan gətirildiyi etiraf edilib
David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib
Ermənistan vətəndaşından məhkəmədə etiraf

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər