Ceyhun Bayramov Britaniyanın dövlət katibi ilə İsrail-İran qarşıdurması ətrafında müzakirələr aparıb
Far.Az xəbər saytı

Ceyhun Bayramov Britaniyanın dövlət katibi ilə İsrail-İran qarşıdurması ətrafında müzakirələr aparıb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub.

Bu barədə Far.Az-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, İsrail-İran qarşıdurması nəticəsində mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub.

Birləşmiş Krallıq naziri Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Kralın Təvəllüd Günü münasibətilə edilmiş təbriklərə görə təşəkkür edib. O həmçinin Əhmədabad şəhəri yaxınlığında "Air India" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşlarının həlak olması ilə bağlı Prezident İlham Əliyev tərəfindən göndərilmiş başsağlığı məktubunu yüksək dəyərləndirdiklərini bildirib. Nazir Ceyhun Bayramov öz növbəsində təbrikə görə təşəkkür edib və başsağlığı diləklərini çatdırıb.

Tərəflər İsrail-İran toqquşması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və danışıqların davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Hakan Fidanın London səfəri – Türkiyə və Britaniyanın strateji tərəfdaşlığının inkişafı - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər