"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna dəyişiklik edildi
Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Far.Az President.az-a istinadən xəbər verir ki, dəyişikliklə qanuna aşağıdakı məzmunda 9.2-1-ci maddə əlavə olunur.
"Hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədli təyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər edilir".
Həmçinin əlavə olunan 15.1.7-ci maddəyə görə, bu qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə (Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir) hüquqların dövlət qeydiyyatından imtina olunur.
Oxşar xəbərlər
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? - AÇIQLAMA
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Peruda güclü zəlzələ olub













