Blinken: Ola bilsin ki, bu, israilli girovları geri qaytarmaq üçün son şansdır
“Bu gün İsrail dörd tərəfdən terrorla əhatələnib. Lakin buna baxmayaraq inanırıq ki, vasitəçilərin dəstəyi ilə danışıqlarda irəliləyişə nail ola biləcəyik”.
APA-nın xəbərinə görə, bunu İsraildə səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə görüşündə İsrail prezidenti İsxak Hersoq bildirib. O deyib ki, hazırda bölgədəki humanitar böhranın həlli və girovların geri qaytarılması hökumətin bir nömrəli prioritetidir.
"Bu, həlledici məqamdır - girovları evlərinə qaytarmaq, atəşkəsə nail olmaq və özümüzü sülh və təhlükəsizliyə aparan yola başlamaq üçün bəlkə də ən yaxşı və son şansımızdır", - Blinken deyib.
O qeyd edib ki, tərəfləri sülhə aparacaq yol bilavasitə danışıqlardan keçir.
İsrail prezident ölkəsinə göstərilən dəstək üçün rəsmi Vaşinqtona təşəkkür edib:
“ABŞ-nin təşəbbüsü ilə bölgənin maraqlarının etibarlı müdafiəsi üçün effektiv koalisiya formalaşdırılıb. Bunda əsas məqsəd Yaxın Şərq regionunda hərtərəfli və dayanıqlı sülhə nail olmaq və İran təhlükəsinə qarşı qorunmaqdan ibarətdir. Bir məsələ hər kəsə aydın olmalıdır ki, İsrailə hücum və bizim özünümüdafiə hüququmuza heç bir kənar qüvvə qarışa və ölkəmizə nəyisə diktə edə bilməz”.
Oxşar xəbərlər
Blinken: Girovların geri qaytarılması və atəşkəsin əldə olunması üçün hər kəsin “hə” deməsinin vaxtıdır
İsrail Prezidenti girovların qaytarılması ilə əlaqədar ABŞ-yə təşəkkür edib
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













