Rəqsanə İsmayılovanın həbsinin TƏFƏRRÜATI məlum olub
Müğənni Rəqsanə İsmayılovanın həbs olunmasınıntəfərrüatı məlum olub.
BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edərək dələduzluq əməlini törədib.
Belə ki, həmin iş adamının yaxınları Rəqsanə İmsayılovaya 520 min dollar pul veriblər. Müğənni isə bu məbləğ qarşılığında Rusiyada həbsdə olan iş adamını azadlığa buraxdıracağına söz verib. Lakin 2 il keçməsinə baxmayaraq, həmin şəxs azadlığa buraxılmayıb.
Daha sonra onun yaxınlarının şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İmsayılova həbs olunub.
Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər. Belə olan halda cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilə bilər.
Xatırladaq ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda 1.2 milyon manat dələduzluqda ittiham olunan sahibkar: "Əti maaş əvəzinə paylayıblar"
Oleq Bakinski barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı yenidən vəsatət verilib
Rəqsanə İsmayılovanı hansı cəza gözləyir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Qarakənd faciəsindən 35 il ötür
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb













