Mingəçevirdə "Kürü keçək?!" adlı yarış baş tutub
Mingəçevir şəhərində "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı təşkil olunub.
"Far.Az"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, turnir su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.
İlk olaraq Dövlət Himni səsləndirilib. Ardınca gənclər və idman nazirinin müavini Mariana Vasileva yarışa start verib.
Kür çayının iki sahili arasında, 300 metr məsafədə gerçəkləşən turnirə ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı 500-dək nəfər qatılıb.
Üzənlər arasında gənclər və idman naziri Fərid Qayıbov da olub.
Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) gerçəkləşib.
Oxşar xəbərlər
Mingəçevir şəhərində "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı keçiriləcək
Bu gün Mingəçevir şəhərində "Kürü keçək?!" adlı yarış təşkil olunacaq
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Fərid Qayıbov İdman-Konsert Kompleksindəki idman bölmələrinə baxış keçirib
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Azərbaycandakı sığorta şirkətlərinin xalis mənfəətinin (zərərinin) məbləğinə görə renkinqi (Yanvar-mart, 2026)
-
Baş Şirvan kollektorunda timsah peyda olub?













