Ölümlə təhdid edildi, konsertlərini təxirə saldı
Far.Az xəbər saytı

Ölümlə təhdid edildi, konsertlərini təxirə saldı


Britaniyalı müğənni Morriss verməli olduğu iki konsertini ləğv edib.

BAKU.WS Axşam.aza istinadən xəbər verir ki, bu haqda "RadarOnline.com" məlumat yayıb. Bildirilib ki, buna səbəb müğənninin ölümlə təhdid edilməsi olub. Belə ki, ifaçını öldürəcəkləri ilə bağlı internetdə xəbər yayılıb.

Konsertlər sentyabrın 12-də Konnektikut ştatının "Foxwoods Resort Casino"da və sentyabrın 13-də Bostondakı "MGM Music Hall"da keçirilməli idi. Təşkilatçılar bütün biletlərin avtomatik olaraq geri qaytarılacağını təsdiqləyiblər.

Rəsmi açıqlamada Morrissi vurğulayıb ki, konsertlərin ləğvi sənətçinin və komandasının təhlükəsizliyi üçün narahatlıq səbəbindən olub.

Kanada rəsmiləri təhdidi 26 yaşlı Noah Kastellano ilə əlaqələndiriblər. O, sosial media hesabında Ottavada CityFolk festivalında çıxışı zamanı Morrissini öldürmək niyyətində olduğunu iddia edib. Kastellano sentyabrın 12-də həbs edilib və ölümlə hədələməkdə ittiham olunub. O, 5 min dollar girov müqabilində sərbəst buraxılıb.

Həmin vaxt təhdidlərə baxmayaraq, Morrissi CityFolk festivalında çıxış edib, Toronto və Nyu-Yorkda konsertlər verdi. Lakin təhdidlərdən sonra ifaçı qastrol səfərlərini təxirə salmalı olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər