Azərbaycanda səfərdə olan türkiyəli rektorlar Zəfər parkını ziyarət ediblər
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Türkiyənin İğdır, Qars Qafqaz, Artvin Çoruh, Ağrı İbrahim Çeçen, Bolu İzzet Abant Baysal, Ərzurum Texniki, Van Yüzüncü Yıl və Ardahan universitetlərinin rektorları sentyabrın 27-də – Anım Günündə komitənin əməkdaşları ilə birlikdə Vətən müharibəsinin rəmzlərindən birinə çevrilən Zəfər parkını ziyarət ediblər.
Dövlət qurumundan Far.Az-ə verilən məlumata görə, komitə əməkdaşları və qonaqlar xatirə daşının önünə gül dəstələri düzərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Anım Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirir, yaşadıqları ölkələrin ictimaiyyətinə bu əlamətdar günün mahiyyəti barədə ətraflı məlumat verirlər. Dünyanın 20 ölkəsində fəaliyyət göstərən Azərbaycan Evlərində xatirə guşələri yaradılıb, tədbirlər keçirilir.
Qalereya
Oxşar xəbərlər
DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər
Dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət edib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
SOCAR-ın kollektivi Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib
Medianın İnkişafı Agentliyində Anım Gününə həsr olunan tədbir keçirilib, Zəfər parkı ziyarət edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda "birbaşa gömrük təmsilçiliyi" imkanları artırılır
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
Kubanıçbek Omuraliyev və Anar Əliyev TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
-
Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr
-
Rubio: İranın Ali liderinin ölümünə dair heç bir dəlil yoxdur
-
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb













