Denzel Vaşinqtonu bu səbəbdən Türkan Şoraya oxşatdılar
Far.Az xəbər saytı

Denzel Vaşinqtonu bu səbəbdən Türkan Şoraya oxşatdılar


Hollivud ulduzu Denzel Vaşinqton da türk kino əfsanəsi Türkan Şoray kimi çəkildiyi filmlər üçün müəyyən şərtlər irəli sürməsi ilə yenidən gündəmə gəlib.

Far.Az xəbər verir ki, "Training Day" və "Gladiator 2" kimi filmlərdə rol alan aktyor xüsusilə sevgi və intim səhnələrdə ehtiyatlı davranması ilə diqqət çəkir. Vaşinqton bu cür səhnələrə razılıq verməzdən əvvəl tərəf müqabili ilə öncədən danışmaq qaydasına əməl edir.

Məşhur aktyor dəfələrlə bildirib ki, ssenari tələb etdiyi hallarda öpüşmə səhnələrinə qarşı deyil. Lakin səhnə onun prinsiplərinə uyğun gəlmədikdə, bu cür çəkilişlərdə iştirakdan imtina edir.

Məsələn, "The Pelican Brief" filmində onun Culiya Roberts ilə öpüşmə səhnəsinin çəkilməsi planlaşdırılsa da, Denzel Vaşinqton həmin hissənin ssenaridə yer almadığını əsas gətirərək səhnəni ləğv etdirib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Açıq-saçıq rollara çəkilməyən Cessika Albanı Hollivud silmək istədi amma...
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər