Oktyabrda göy üzündə iki möhtəşəm meteor yağışı müşahidə olunacaq
Bu ay astronomiya həvəskarlarını iki təbii möcüzə gözləyir – Drakonidlər və Orionidlər meteor yağışları oktyabr gecələrini bəzəyəcək.
Far.Az xəbər verir ki, 6–10 oktyabr tarixləri arasında, xüsusilə Şimal yarımkürəsində yaşayanlar Drakonidlər meteor yağışını izləyə biləcəklər. Ən güclü mərhələnin 8 oktyabr saat 22:00-da olacağı gözlənilir. Meteorlar "Drako" (Əjdaha) bürcünün istiqamətindən keçəcək.
Ayın ikinci yarısında isə Halley quyruqlu ulduzunun qalıqlarından yaranan Orionidlər meteor yağışı müşahidə ediləcək. NASA bu hadisəni "ilin ən gözəl meteor yağışlarından biri" adlandırır. Onun 21 oktyabr gecəsi ən parlaq mərhələyə çatacağı bildirilir.
Mütəxəssislər meteor yağışlarını izləmək üçün şəhər işıqlarından uzaq, qaranlıq əraziləri seçməyi və gecə yarısından sonra göyün cənub-şərq istiqamətinə baxmağı tövsiyə edirlər.
Oxşar xəbərlər
Gecə Bakıda "meteor yağışı"nı izləmək mümkün olacaq
Mayın 28-dək meteor yağışı olacaq
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













