Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanova İTTİHAM ELAN OLUNDU
Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanova ittiham elan olunub.
Far.Az APA-a istinadən xəbər verir ki, Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə ittiham olunur.
Onunla bağlı təqdimata bu gün məhkəmədə baxılacağı gözlənilir.
Qeyd edək ki, Zabil Qəhrəmanov oktyabrın 23- də polis tərəfindən saxlanılıb.
Onun Gəncədə avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkilliyinin altı ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.
Vəkil Zabil Qəhrəmanov daha çox Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınıb.
Oxşar xəbərlər
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
İlkin Süleymanovun vəkilinin saxlanılmasına səbəb olan hadisənin ANBAAN GÖRÜNTÜSÜ
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlkin Süleymanovun vəkili SAXLANILDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













