Şamil Ayrım: Azərbaycan güclü ordusu, ədalətli hüquq sistemi ilə sülhün simvoluna çevrilib
Far.Az xəbər saytı

Şamil Ayrım: Azərbaycan güclü ordusu, ədalətli hüquq sistemi ilə sülhün simvoluna çevrilib


Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycan güclü ordusu, ədalətli hüquq sistemi ilə regionda sülhün və sabitliyin simvoluna çevrilib.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında türkiyəli deputat, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Türkiyə tərəfdən rəhbəri Şamil Ayrım deyib.

O deyib ki, bu gün biz Qarabağ zəfəri ilə taclanan böyük bir dövr yaşayırıq:

"Azərbaycan Vətən müharibəsi və antiterror tədbirləri ilə özünün konstitsion suverenliyini bərpa edib. Bu qələbə təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük bir zəfər bayramına çevrilib".

Şamil Ayrımın sözlərinə görə, Azərbaycanın bütün nailiyyətləri Türkiyədə böyük sevinc və minnətdarlıqla qarşılanır:

"Türkiyə və Azərbaycan həmişə yan-yana, çiyin-çiyinə addımlayıb ki, bu proses bundan sonra da bu formada davam edəcək".

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər