Kolleclərdə yüksək vəzifəyə TƏYİNATLAR - Biri tələbədir
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
BAKU.WS xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Pərviz Müseyibli bakalavr təhsilini Bakı Dövlət Universitetində (BDU) mexanika ixtisası üzrə, magistratura təhsilini isə maye, qaz və plazma mexanikası ixtisası üzrə alıb. O, 2022-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda doktorantura təhsilini tamamlayaraq mexanika üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.
Əmək fəaliyyətinə 2015-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda başlayıb və hazırda həmin İnstitutda böyük elmi işçi vəzifəsində çalışır, eyni zamanda BDU-da pedaqoji fəaliyyətini davam etdirir. P.Müseyibli AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin, eləcə də "Gənc tədqiqatçı" jurnalının redaksiya heyətinin üzvü və bir sıra elmi nəşrlərin müəllifidir.
Ramilə Tağıyeva bakalavr təhsilini BDU-da kimya ixtisası üzrə alıb və hazırda Gəncə Dövlət Universitetində kimya ixtisası üzrə magistr təhsilini davam etdirir. 2014-cü ildən etibarən Tovuz Dövlət Sosial-İqtisadi Kollecində pedaqoji fəaliyyətə başlayıb. O, 2024-cü ildən etibarən son təyinadək həmin kollecdə şöbə müdiri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













