Kaliakparov: Qazaxıstan ilin sonuna qədər AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanı təqdim edəcək
Qazaxıstan hökuməti Aktau aeroportu yaxınlığında "Azerbaijan Airlines"a (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırma haqqında məlumatı 2025-ci ilin sonuna qədər təqdim edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov brifinqdə bildirib.
Onun sözlərinə görə, ilkin nəticələr faciədən üç ay sonra təqdim edilib, lakin ekspertizalar davam edir: "Araşdırma davam edir. Hazırda daha dərin iş, mürəkkəb ekspertizalar aparılır".
M.Kaliakparov vurğulayıb ki, məsələ son dərəcə ciddidir və hazırda araşdırmanın başa çatma tarixini dəqiq söyləmək mümkün deyil: "Hazırda müəyyən bir müddətə zəmanət verə bilmərəm, amma məlumatı bu ilin sonuna qədər təqdim edəcəyik".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı olmaqla 62 sərnişin, həmçinin 5 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, üç uşaq daxil olmaqla 29 nəfər sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mart ayında hava iqlim normasından yüksək olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"Bloomberg": "Anthropic" səhmlərin yerləşdirilməsi hesabına 94 milyard dollardan çox vəsait cəlb edə bilər
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk













