Əli Əsədov Rusiya Dəmir Yollarının baş direktoru ilə görüşüb
Far.Az xəbər saytı

Əli Əsədov Rusiya Dəmir Yollarının baş direktoru ilə görüşüb


Azərbaycanın Baş naziri Əli Əsədov "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru – İdarə Heyətinin sədri Oleg Belozyorov ilə görüşüb.

Far.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Azərbaycan–Rusiya iqtisadi əməkdaşlığının cari vəziyyəti və müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri müzakirə olunub.

Xüsusi diqqət nəqliyyat-logistika sahəsində əməkdaşlığa, o cümlədən dəmir yolları arasında qarşılıqlı fəaliyyətə yönəldilib.

Regionun tranzit potensialının artırılması üzrə birgə səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Bu kontekstdə beynəlxalq "Şimal-Cənub" nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı və bu marşrut üzrə yükdaşımaların davamlı artımının təmin edilməsi üçün işlərin sinxron həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov da iştirak edib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
III MDB Oyunları: Sinxron proqramda finala yüksələn Azərbaycan gimnastları müəyyənləşib
Baş nazir Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunun açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər