Xəyal Bəşirov: "Milyarderlər İttifaqı" və "Milli Şura"ya yenidən qiymət verilməlidir"
Far.Az xəbər saytı

Xəyal Bəşirov: "Milyarderlər İttifaqı" və "Milli Şura"ya yenidən qiymət verilməlidir"


"Əli Kərimlinin mənzilində axtarış aparılıbsa, deməli, istintaq orqanının əlində məhkəmə qərarı var.

Cinayət-Prosessual Məcəlləyə görə, axtarış ən önəmli istintaq hərəkətlərindən biridir. Son günlərdə ictimai rezonans doğuran cinayət işi və bu işin mümkün siyasi bağlantıları ilə bağlı aparılan araşdırmalar geniş ictimaiyyətin diqqətindədir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, xeyli illər Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin uzun müddət Azərbaycanda müxalifətçilik edən partiya ilə əlaqələri öz-özülüyündə ciddi məsələdir. İstintaq orqanın əlindəki məlumatlar axtarış prosesini zəruri edə bilər:

"Mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan hüquqi dövlətdir və Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, heç kimin keçmiş xidmətləri onun qanun qarşısında məsuliyyət daşımasına mane olmamalıdır. Keçmiş vəzifə səlahiyyətləri şəxsi və ya xarici maraqlara xidmət üçün istifadə edilə bilməz. Hamı qanun qarşısında bərabərdir.

Əgər istintaq nəticəsində bu şəxslərin xarici qüvvələrlə əməkdaşlığı təsdiqlənsə, bu, hüquqi qiymətini almalıdır. Amma bu kimi ittihamların irəli sürülməsi yalnız sübutlar əsasında həyata keçirilə bilər.

Azərbaycanla Rusiya arasında təyyarə hadisəsindən sonra yaranan gərginlik fonunda müxalifətin bəzi dairələrinin xarici təsirlərlə əməkdaşlıq cəhdləri ehtimal olunur. Bu isə həm dövlətçilik, həm milli maraqlar, həm də mənəvi dəyərlərə ziddir.

Bu kontekstdə Azərbaycan müxalifətinin bəzi təmsilçilərinin xarici, xüsusən də Rusiya ilə mümkün əlaqələri suallar doğurur. 2013-cü ildən etibarən müxalifətin bəzi strukturlarının, o cümlədən "Milyarderlər İttifaqı" və "Milli Şura" kimi təşəbbüslərin formalaşması və onların siyasi fəaliyyəti də yenidən qiymətləndirilməlidir".

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əli Kərimlinin ikili "partizanlığı" - "Mehdiyev işi"ndə AXCP epizodu
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər