Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapılıb
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparıb. AYNA.AZ-ın əldə etdiyi məlumata görə, axtarış zamanı evdən "Milyarderlər İttifaqı" ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb.
Dəlillər AXCP sədrinin "Boz kardinal"la əlaqələrinin olduğu şübhələrini ciddiləşdirir. İlkin araşdırmalar zamanı müxtəlif ünvanlarda axtarışlar aparıldığı, çoxsaylı şahidlərin dindirildiyi, əhəmiyyətli sübutlar əldə edildiyi barədə məlumatlar yayılıb.
Qeyd edək ki, Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb.
Axtarış DTX-da aparılan araşdırma çərçivəsində həyata keçirilib. Bu tədbirlər R.Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.
Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ayna.az
Oxşar xəbərlər
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
Əli Kərimlinin ikili "partizanlığı" - "Mehdiyev işi"ndə AXCP epizodu
Vətənə, dövlətə xəyanətkar və satqın mövqedə olanlar qanunlar qarşısında cavab verməlidirlər
Mehdiyev-AXCP paralelləri: Köhnə şəbəkənin yeni forması
Bəhruz Məhərrəmov: "AXCP və Mehdiyevin hər zaman sinxron işlədiyini demək üçün xeyli əsaslar mövcuddur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
-
Lənkəranda qaz xətti zədələnib, bir sıra kəndlər qazsız qalıb
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?













