Ərdoğan Qara dənizdə tankerlərə hücumla bağlı xəbərdarlıq edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə "Kairos" və VİRAT tankerlərinin hücuma məruz qalmasına münasibət bildirib.
Far.Az "Haber Global"a istinadən xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində danışıb.
"Rusiya və Ukrayna arasında müharibə Qara dənizdə naviqasiya təhlükəsizliyini təhdid edəcək səviyyəyə çatıb. Cümə günü iqtisadi zonamızda ticarət gəmilərinin hədəfə alınması narahatedici eskalasiyadan xəbər verir.
Biz öz zonamızda naviqasiyanın təhlükəsizliyini, həyatı və ətraf mühiti təhdid edən bu hücumları qəbul edə bilmərik. Bu kimi hallarla bağlı bütün tərəflərə lazımi xəbərdarlıqları edirik. Biz də müharibənin dayandırılmasına yönəlmiş son hadisələri diqqətlə izləyirik və hər fürsətdə lazımi töhfə verməyə hazır olduğumuzu ifadə etmişik", - o bildirib.
Xatırladaq ki, hər iki tanker noyabrın 29-da Qara dənizdə zədə alıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













