Rusiyada yanğın səbəbindən 200-dən çox insan təxliyə edilib
Far.Az xəbər saytı

Rusiyada yanğın səbəbindən 200-dən çox insan təxliyə edilib


Rusiyanın Vladimir vilayətinin Suzdal şəhərində otel-turizm kompleksində yanğın baş verib.

"Far.Az" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə bölgənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti bildirib.

Yanğınla bağlı məlumat operativ xidmətlərə saat 13:20-də daxil olub. İlkin yanğın sahəsi 50 kvadrat metr təşkil edib. Binadan 210 nəfər təxliyə edilib. Xəsarət alan və ölən yoxdur.

Yanğının söndürülməsinə 13 texnika və şəxsi heyətdən 38 nəfər cəlb olunub.

Yerli KİV-in məlumatına görə, yanğın "Suzdal" turizm kompleksinin akvaparkında baş verib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər