Zelenski: ABŞ hələ sülh planı ilə bağlı Ukraynanın yeni təkliflərinə cavab verməyib
Kiyev Vaşinqtondan sülh planı ilə bağlı son təkliflərə rəsmi cavab almayıb.
"Far.Az" "RBK-Ukraina"ya istnadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlayıb.
Onun sözlərinə görə, danışıqlar komandası vasitəsilə müəyyən siqnallar çatdırılır.
"Xeyr, mən hələ Amerika Birləşmiş Ştatlarından cavab almadım. Bir neçə mesajı danışıqlar komandam vasitəsilə eşitdim. Amma mən bütün siqnalları qəbul edirəm və artıq bu gün başlayacaq dialoqa hazır olacağam", – Zelenski vurğulayıb.
O əlavə edib ki, Berlində siyasi dialoq baxımından gərgin gün gözlənilir:
"Bu gün bizim Berlində Ukrayna-Amerika günümüzdür. Şübhəsiz ki, Almaniya Kansleri (Fridrix Merts - red) ilə də ayrıca görüşəcəyəm və yəqin ki, axşam başqa Avropa liderləri ilə də danışıqlar baş tutacaq", – Zelenski əlavə edib.
O, Kiyevin tərəfdaşlarla dialoqu davam etdirməyə və sülhün əldə olunması istiqamətində növbəti addımları müzakirə etməyə hazır olduğunu da vurğulayıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Rusiyanın PUA hücumundan sonra Kiyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













