Gündüz İsmayılov: Din xadimlərinin biliklərinin genişləndirilməsinə ehtiyac var
Far.Az xəbər saytı

Gündüz İsmayılov: Din xadimlərinin biliklərinin genişləndirilməsinə ehtiyac var


Din xadimlərinin dini bilikləri qənaətbəxş deyil. Onların biliklərinin genişləndirilməsinə ehtiyac var.

"Far.Az" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov komitənin Elm və Təhsil Nazirliyi ilə birgə keçirdiyi "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusundakı konfransda deyib. O qeyd edib ki, dini radikalizmlə, xurafatla, məzhəbçiliklə mübarizədə məktəb mühüm rol oynayır:

"Azərbaycanda təhsil dünyəvi xarakter daşıdığından Konstitusiyadan irəli gələn məsələlər nəzərə alınır. Amma din təkcə şəriətdən ibarət deyil. Dini tərbiyə təhsil müəssisələrində verilə bilməz. Bu ailənin üzərinə düşən məsələdir. Dini təhsilin də istiqaməti başqadır. Bütün bunlara baxmayaraq, dinlə bağlı biliklərin verilməsi vacibdir. Müəllim müəyyən məqamlarda dinlə bağlı danışmaq məcburiyyətində qala bilər. Lakin müəllimin bu məsələdə dedikləri və din xadiminin dedikləri arasında fərq olmalıdır.

Təhsil müəssisələrində bu cür biliklərin düzgün çatdırılması xurafata, məzhəbçiliyə və radikalizmə qarşı mühüm rol oynaya bilər".

Oxşar xəbərlər

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər