Aİİ-nin müəllimi: Milli-mənəvi dəyərlərin məktəblərdə tədrisi strateji məsələdir
Far.Az xəbər saytı

Aİİ-nin müəllimi: Milli-mənəvi dəyərlərin məktəblərdə tədrisi strateji məsələdir


Milli mənəvi-dəyərlərin məktəblərdə tədrisi strateji və əhəmiyyətli məsələdir.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dinşünaslıq kafedrasının müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransdakı çıxışında deyib.

O bildirib ki, bu fənni İlahiyyat İnstitutunun məzunlarının tədris etməsi daha yaxşı olardı:

"Bu olmazsa, həmin fənni tədris edəcək müəllimlərin dini biliklərinin olması lazımdır. Bəzi hallarda bilik və dəyərlərin ötürülməsi prosesinə xarici və ya zərərli təsirlər müdaxilə edir. Bu təsirlər cəmiyyət üzvlərinin, xüsusilə də gənclərin tarixi keçmişə və milli-mənəvi dəyərlərə laqeyd yanaşmalarına, hətta onları əhəmiyyətsiz məsələ kimi görmələrinə səbəb ola bilər. Nəticədə cəmiyyət öz tarixi ənənələrini və formalaşdırdığı mədəni irsi gələcək nəsillərə ötürmək baxımından ciddi təhlükə ilə üz-üzə qalır. Bu halı "tarixi yanaşmanın zəifləməsi" kimi xarakterizə etmək olar".

E.Əzimli cəmiyyət daxilində zərərli meyillərin mövcudluğunun gəncləri başqa toplumların dəyər sistemlərinə yönəltdiyini vurğulayıb:

"Bu da cəmiyyətdə qarşıdurmaların yaranmasına, sosial harmoniya və həmrəyliyin pozulmasına gətirib çıxarır. Bəhs olunan problemin əsas həll yolu gənclərə kiçik yaşlarından milli-mənəvi dəyərlərin aşılanmasıdır. Milli dəyərlərin tədrisi ilk növbədə ailədə başlamalı, daha sonra isə məktəblərdə planlı və proqramlı şəkildə davam etdirilməlidir. Bu prosesdə əsas məsələ müəllimlərin yanaşmaları və dünya təcrübəsindən necə faydalanmalarıdır".

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Beynəlxalq simpoziumun ikinci günü panellərlə davam edir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər