Vyetnamda “Yaqi” tayfunu nəticəsində 300-dən çox insan ölüb və ya itkin düşüb
Vyetnamın şimalında “Yaqi” tayfunun səbəb olduğu güclü daşqınlar nəticəsində azı 324 nəfər ölüb və ya itkin düşüb.
“Far.Az” xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Su bəndlərinin idarə olunması və təbii fəlakətlərin qarşısının alınması departamentindən məlumat verilib.
Məlumata görə, bir sıra şimal əyalətlərində baş vermiş daşqın və sürüşmə 179 nəfərin ölümünə səbəb olub, 145 yerli isə sakin isə itkin düşüb.
Qeyd edək ki, Vyetnam Təbii Fəlakətlərə Qarşı Mübarizə və Axtarış və Xilasetmə Milli Komitəsinin məlumatına görə, tayfun son 30 ildə ölkəni cənginə alan ən güclü tayfun olub. Təbii fəlakət binaların, infrastrukturun geniş miqyasda dağılmasına, kənd təsərrüfatına yararlı torpaqların böyük hissəsinə ziyan dəyməsinə səbəb olub.
Oxşar xəbərlər
Vyetnamda tayfun nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Vyetnamın şimalında qasırğa 14 nəfərin həyatına son qoyub
Hindistanın cənubunda leysan yağışları nəticəsində azı 12 nəfər ölüb
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım













