Türkiyə XİN ABŞ və Kipr arasında müdafiə sahəsində əldə olunan razılaşmaları pisləyib
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və Kipr Respublikası arasında müdafiə sahəsində əməkdaşlığa dair imzalanan yol xəritəsini pisləyib.
"Report"un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“ABŞ və Cənubi Kipr Rum Administrasiyası arasında müdafiə sahəsində əməkdaşlıq üçün yol xəritəsinin imzalanmasını pisləyirik. Amerika hakimiyyətinin atdığı bu addımlar Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhlükəsizliyinə ziyan vurur, 2023-cü ilin iyununda Kipr Rum Administrasiyası ilə strateji dialoqun elan edilməsi də daxil olmaqla, Vaşinqtonun Kipr adasına münasibətdə neytral mövqeyini pozur və Kipr probleminin effektiv, ədalətli və daimi həlli axtarışlarını çətinləşdirir”, - deyə bəyanatda qeyd olunub.
ABŞ və Kipr Respublikasının regional sabitliyə xələl gətirə biləcək siyasətlərə yenidən baxmasını zəruri hesab edən rəsmi Ankara qeyd edib ki, Türkiyə zamin dövlət olaraq, Kipr türklərinin təhlükəsizliyini və rifahını istənilən şəraitdə təmin etməyə davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB-1
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Mark Libbinin ayaq tutub yeriməyən yalanları - ABŞ-li səfir ölkəsini necə ifşa etdi? - FOTO - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













