Rusiya 15 Ukrayna vətəndaşını vətəninə qaytarıb
On beş Ukrayna vətəndaşı humanitar əməliyyat çərçivəsində Rusiyadan vətənə qaytarılıb.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın ombudsmanı Dmitri Lubineç öz "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, əlavə olaraq daha 45 ukraynalı Rusiya ərazisindəki əcnəbilərin müvəqqəti saxlanma məntəqələrindən geri qaytarılıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə Ukrayna və Rusiya insan hüquqları üzrə müvəkkillərinin görüşü zamanı Ukraynadan olan hərbi əsirlərə humanitar yardım, təxminən 2 min bağlama və ailələrdən məktublar da təqdim olunub.
Tərəflər həmçinin itkin düşmüş şəxslərin identifikasiyası, qanunsuz saxlanılan mülki şəxslərin geri qaytarılması, eləcə də Rusiyada məhkum edilmiş ukraynalı hərbi əsirlərinin statusu məsələlərini müzakirə ediblər. Hər bir kateqoriya üzrə siyahılar təqdim olunub və humanitar məsələlərdə gələcək əməkdaşlıq barədə razılıq əldə edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













